Zəng edir
Siyahını Excel ilə yükləyirsiniz və ya CRM API ilə özü göndərir. Sistem icazəli saatlarda yığır, cavab olmasa təkrar cəhd edir.
Səsli AI operator · Azərbaycan dilində
OperatorAI müştərilərinizə özü zəng edir: borcu xatırladır, görüşü təsdiqləyir, sorğu keçirir, təklif edir. Müştəri ilə canlı danışır, suallara bilik bazanızdan cavab verir və nəticəni CRM-ə yazır.
Zəngdən sonra analiz
Nə edir
Bu, düymə basdıran avtomat (IVR) deyil. Müştəri öz sözləri ilə danışır, AI dinləyir, sualı başa düşür və ssenari ilə davam edir.
Siyahını Excel ilə yükləyirsiniz və ya CRM API ilə özü göndərir. Sistem icazəli saatlarda yığır, cavab olmasa təkrar cəhd edir.
Təbii Azərbaycan dilində, sizin ssenarinizlə. Suala bilik bazasından cavab verir, etirazı dinləyir, sözü kəsiləndə susub qulaq asır.
Hər zəngin səs yazısı, transkripti və analizi: ödəməyə söz verdimi, nə vaxt, nə qədər. Nəticə panelə və CRM-ə düşür.
Necə işləyir
Excel, CSV və ya API: ad, telefon, məbləğ, tarix və istənilən əlavə sahə.
AI operator, ssenari, zəng saatları, cəhd sayı və büdcə bir dəfə qurulur.
Bir neçə xətlə paralel yığım, canlı dialoq, cavab olmayanda avtomatik təkrar.
Zəngdən sonra transkript və sizin suallarınıza cavablar.
Panel, hesabat, Excel və webhook ilə CRM-ə.
Kampaniyanı bir dəfə qurursunuz: yeni siyahılar Excel və ya API ilə gəlir, zənglər özü gedir. Əməkdaşlarınız yalnız mübahisəli hallarla məşğul olur.
Sektorlar
Borc xatırlatma (1–30 gün), ödəmə vədi, kart aktivləşdirmə, kredit təklifi.
Ödəmə vədi faizi, yığım
Taksit xatırlatması, sifariş və çatdırılma təsdiqi, məmnunluq sorğusu.
Vaxtında ödəmə, NPS
Polisin yenilənməsi, ödəniş xatırlatması, hadisədən sonra sorğu.
Yenilənmə faizi
Abunə borcu, tarif təklifi, quraşdırma vaxtının təsdiqi.
Ödəniş, abunəçi itkisi
Qəbulun təsdiqi və xatırlatma, saatın dəyişməsi, rəy sorğusu.
Gəlməmə faizi
Təkrarlanan istənilən zəng. Ssenarini birlikdə yazır, pilotda yoxlayırıq.
30 günlük pilot
İmkanlar
Hər zəngi dinləyin və ya oxuyun. İstəsəniz müştərinin sözləri zəngdən sonra daha dəqiq yazılır.
Suallarınızı özünüz yazırsınız: vəd verdimi, hansı tarixə, nə qədər. Cavab cədvələ düşür.
Zəng saatları, gündəlik limit, cəhdlər arası fasilə, zəngin ən uzun müddəti.
Hər zəngin xərci manatla yazılır. Büdcə bitəndə kampaniya özü dayanır.
İmtina edən müştərinin nömrəsinə bir daha zəng getmir.
Tarif, qayda, FAQ: AI qiymət və şərtləri yalnız oradan götürür.
Geri zəng edən müştəriyə də AI cavab verir, lazım olanda əməkdaşa yönləndirir.
Kim, nə vaxt, nəyi dəyişdi: hər əməliyyat jurnalda qalır.
Analitika
Cavablanma, uğur, danışıq müddəti və uğurlu nəticə başına xərc. Hansı saatda daha çox cavab verirlər, hansı skript daha yaxşı işləyir — rəqəmlə görünür.
Ən yaxşı saat: 18:00–20:00, cavablanma 71%
Analiz alətlərinin balı
İnteqrasiya
CRM və ya uçot sisteminiz zəng sifarişini API ilə göndərir, nəticəni webhook ilə alır. Sadə inteqrasiya proqramçınız üçün adətən 1–3 günlük işdir.
X-Api-Key: oai_••••••••••••
Content-Type: application/json
{
"campaignId": "7f3c2a90-…",
"phone": "+994501234567",
"name": "Elvin Məmmədov",
"externalId": "loan-48213-2026-10",
"data": {
"Borc məbləği": "320 AZN",
"Son ödəniş tarixi": "28.10.2026"
}
}Təhlükəsizlik
Proqram və baza sizin serverinizdə qurulur. Zəng yazıları, transkriptlər və siyahılar sizdə saxlanır.
Rollar, audit jurnalı, IP məhdudiyyəti. API açarının yalnız heşi saxlanır, webhook imzalanır.
AI hesabı və açarlar sizindir. Danışıq səsi real vaxtda yalnız sizin AI hesabınıza gedir.
Qənaət
Misal: orta BOKT, 4 operatorun zəng həcmi — ayda ~13 200 danışıq dəqiqəsi. Biznes paketi, API ilə dəstək.
Operator: maaş 700 ₼ + işəgötürən ödənişləri ~137 ₼ + iş yeri, təlim, rəhbər ~300 ₼; ayda ~3 300 danışıq dəqiqəsi. OperatorAI: AI provayderi ~0,09 ₼/dəq (0,06–0,12) sizin hesabınızdan + API ilə dəstək 399 ₼/ay. Telefoniya hər iki halda eynidir. ƏDV-siz.
İşə salınma
Skriptləriniz, FAQ və tariflər əsasında. Səsi və danışıq tonunu seçirik.
Sizin serverə qurulum, AI hesabının və SIP xəttinin qoşulması, istifadəçilər.
Əməkdaşlarınıza 50–100 sınaq zəngi, ssenarinin onların rəyi ilə düzəlişi.
İlk real siyahı, gündəlik hesabat və göstəricilərin izlənməsi.
Sizdən lazım olan: server (Windows Server, IIS, PostgreSQL), AI provayderi hesabı (açmağa kömək edirik), SIP xətti, mövcud skript və layihəyə cavabdeh bir şəxs.
Suallar
Telefonla müştəri ilə canlı danışan proqramdır. Sizin ssenarinizlə zəng edir, müştərinin sözünü başa düşür, suallara bilik bazasından cavab verir və danışığın nəticəsini qeyd edir. Düymə basdıran IVR-dan fərqli olaraq müştəri öz sözləri ilə danışır.
Zənglər Azərbaycan dilində aparılır. İdarəetmə paneli azərbaycanca, ingiliscə, rusca və türkcədir.
Ssenari AI operatorun özünü virtual operator kimi təqdim etməsi və zəngin qeydə alındığını bildirməsi ilə başlayır. İmtina edən müştərinin nömrəsinə bir daha zəng getmir.
AI provayderinin xərci danışıq dəqiqəsinə təxminən 0,06–0,12 ₼-dır, üstəgəl telefoniya (mobil paketlərdə adətən ~0,07 ₼). Bu xərcləri öz hesablarınızdan birbaşa ödəyirsiniz; hər zəngin xərci paneldə görünür.
Bəli, REST API və webhook ilə: CRM zəng sifarişini göndərir, nəticəni zəngin ID-si ilə və ya webhook ilə alır. API olmadan Excel ilə yükləmə də var.
SIP xətti: telekom operatorunun və ya SIP provayderin xətti, ya da korporativ ATS (məsələn, Cisco CUCM). Eyni anda gedən zəng sayını xəttin kanal sayı müəyyən edir.
Sizin serverinizdə: proqram, verilənlər bazası, səs yazıları və transkriptlər sizdə qalır. Danışıq səsi real vaxtda yalnız sizin AI hesabınıza gedir.
Adətən iki həftəyə: ssenari və bilik bazası, quraşdırma, sınaq zəngləri və canlı start.
Ssenarinizi və ya mövcud skriptinizi göndərin. 3 iş günü ərzində sizin ssenarinizlə demo zəng və yazılı təklif hazırlayırıq.