İmkanlar
Səsli AI operatorun imkanları
Zəng etmək, danışmaq, nəticəni ölçmək və xərci idarə etmək üçün lazım olan hər şey bir paneldədir.
Canlı səsli dialoq
AI operator müştəri ilə real vaxtda danışır: dinləyir, başa düşür, cavab verir.
Təbii Azərbaycan dili
Canlı səs modelləri (Gemini Live, Grok Voice, ElevenLabs) və ya STT → AI → TTS zənciri. Səsi və danışıq sürətini seçirsiniz.
Sözü kəsiləndə susur
Müştəri danışmağa başlayanda AI dayanır və qulaq asır. Fon səsi və qısa küy AI-nin sözünü kəsmir.
Susqunluğu idarə edir
Müştəri cavab vermirsə «Alo, məni eşidirsiniz?» soruşur, sonra nəzakətlə sağollaşıb zəngi bitirir.
Vaxtında sağollaşır
Zəng yalnız AI-nin son cümləsi sağollaşma olanda bağlanır; müştəri danışmağa davam etsə, söhbət də davam edir.
Zəngin ən uzun müddəti
Kampaniyada 0,5–15 dəqiqə limit, yumşaq və ya sərt rejimdə: vaxt bitəndə AI söhbəti nəzakətlə yekunlaşdırır.
Ehtiyat rejim
Canlı səs modeli 8 saniyəyə hazır olmasa, zəng avtomatik STT → AI → TTS zəncirinə keçir.
Zəng kampaniyaları
Minlərlə nömrəyə zəng: saatlar, cəhdlər, xətlər və büdcə ilə.
Excel və CSV import
Hazır şablon; sütun başlıqları dörd dildə tanınır. Hər kontakta öz start mətni və məlumatı: borc, tarix, filial.
Nömrələri birbaşa yazmaq
«Nigar Əliyeva 050 111 22 33» kimi sətirlər kontakta çevrilir. İstəsəniz zəng dərhal getmir, kontakt saxlanılır.
Zəng saatları və gündəlik limit
Zənglər yalnız icazəli saatlarda (Bakı vaxtı) və gündəlik limit daxilində gedir.
Ağıllı təkrar cəhd
Cavab olmayanda və ya məşğul olanda interval ilə təkrar. Heç yığılmamış nömrələr əvvəl gedir; texniki xəta cəhd sayılmır.
Paralel xətlər
Eyni anda zəng sayı SIP xəttinin kanal sayı qədərdir. Eyni nömrəyə iki kampaniyadan eyni anda zəng getmir.
Daimi kampaniya və surət
API ilə gələn zənglər üçün özü bitməyən kampaniya. «Surətini yarat» bütün sazlamaları yeni kampaniyaya köçürür.
Bilik bazası və ssenari
AI qiymət, şərt və cavabları yalnız sizin verdiyiniz mətndən götürür.
Sənədlər
Tariflər, qaydalar, FAQ. Kampaniya bazadan seçir və ya öz mətnini yazır; mətn kampaniyaya surət kimi düşür.
Hazır nümunələr
Kredit ödənişi xatırlatması, klinikada görüş təsdiqi, endirim təklifi, xidmət keyfiyyəti sorğusu.
Ümumi qaydalar
Bütün zənglərə aid qaydalar: nəzakət, qadağan mövzular, zəngin qeydə alınması barədə xəbərdarlıq.
Zəng simulyasiyası
Kampaniyadan əvvəl ssenarini brauzerdə danışaraq yoxlayın və ya öz nömrənizə sınaq zəngi edin.
Danışığın analizi
Hər zəngdən sonra sizin suallarınıza cavab çıxır.
Öz analiz alətləriniz
«Ödəməyə söz verdimi?», «Hansı tarixə?», «Şikayət varmı?» — sualı və cavab növünü siz yazırsınız.
Əhval və maraq
Müştərinin əhvalı (sentiment) və təklifə marağı ayrıca qiymətləndirilir.
Dəqiq transkripsiya
İstəsəniz müştərinin səsi zəngdən sonra yenidən tanınır və transkript daha dəqiq olur.
Nəticələr cədvəli
Hər kontakt bir sətir: son cəhd, son problem və ya analizin cavabları. Filtr, axtarış, Excel.
Kampaniya analitikası və A/B test
Hansı kampaniya, hansı saat və hansı skript daha yaxşı işləyir — rəqəmlə.
Texniki hesabat
Zəng və kontakt sayı, cavablanma, uğur, orta danışıq, xərc; günlər və saatlar üzrə qrafik. Hesabat PDF kimi çap olunur.
Analiz balı
Hər alətin cavabları bal alır və radarda bütün kampaniyaların ortası ilə müqayisə olunur.
Müqayisə
2–6 kampaniya bir cədvəldə; ən yaxşı dəyər seçilir.
A/B test
Kampaniyanın surətində bir şeyi dəyişin: giriş mətni, skript, səs. Sistem fərqi statistik testlə yoxlayır və qalibi göstərir.
Xərc və büdcə
Bu zənglər neçəyə başa gəlir? Cavab hər zəngdə var.
Hər zəngin xərci
SIP dəqiqələri, canlı səs, tokenlər və analiz ayrıca yazılır; məbləğ manatla, yanında dollar.
Kampaniya büdcəsi
80%-də xəbərdarlıq. Sərt limitdə büdcə bitəndə kampaniya özü dayanır, gedən zəng nəzakətlə bitirilir.
Xərc kalkulyatoru
Kampaniyadan əvvəl zəng sayına və orta müddətə görə xərci hesablayın.
Hesabatlar
Dövr, kampaniya və model üzrə xərc; uğurlu nəticə və danışıq dəqiqəsi başına.
Gələn zənglər
Müştəri zəng edəndə də AI cavab verir.
Salamlama və iş saatları
Gələn zəng üçün ayrıca AI operator, salamlama mətni və iş saatları (Bakı vaxtı).
Yönləndirmə
AI müştərinin məqsədini anlayır: özü cavab verir və ya zəngi lazımi əməkdaşın nömrəsinə yönləndirir.
Bilik bazası
Gələn zəngdə də cavablar bilik bazanızdan gəlir.
Tarixçə
Gələn zənglərin də yazısı, transkripti və xərci söhbət tarixçəsində qalır.
Panel və nəzarət
Komandanız üçün sadə panel, rəhbərlik üçün tam iz.
Panel dörd dildə
Azərbaycanca, English, Русский, Türkçe. Hər istifadəçi öz dilini seçir.
Rollar
Admin və operator hüquqları; inteqrasiya bölməsi yalnız adminə açıqdır.
«Kim nə etdi» jurnalı
Hər dəyişiklik «əvvəl → sonra» kimi qeyd olunur; şifrə və açarların dəyəri yazılmır.
Söhbət tarixçəsi
Bütün zənglər bir yerdə: səs yazısı, transkript, analiz və xərc.
Analitika
Kampaniyanın nəticəsi bir ekranda
Cavablanma, uğur, danışıq müddəti və uğurlu nəticə başına xərc. Hansı saatda daha çox cavab verirlər, hansı skript daha yaxşı işləyir — rəqəmlə görünür.
- Texniki hesabat: zənglər, nəticələr, günlər və saatlar üzrə (Bakı vaxtı)
- Analiz alətlərinin balı və bütün kampaniyaların ortası ilə müqayisə
- 2–6 kampaniyanı yan-yana müqayisə
- A/B test: iki skriptdən hansının yaxşı olduğunu statistik yoxlama göstərir
Ən yaxşı saat: 18:00–20:00, cavablanma 71%
Analiz alətlərinin balı
- Bu kampaniya
- Bütün kampaniyaların ortası
Nömrənizə demo zəng edək
Ssenarinizi və ya mövcud skriptinizi göndərin. 3 iş günü ərzində sizin ssenarinizlə demo zəng və yazılı təklif hazırlayırıq.